Müsahibə
Zaur Svanadze: "Bu vəhdət faydasını verir"
Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində ke…
Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən "Sumqayıt" – "İnter" matçından sonra qonaqların baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, 59 yaşlı mütəxəssis yetirmələrindən razı qaldığını bildirib:
– Ümumilikdə, uşaqlardan razı qaldım. Hər komanda məzmunlu futbol sərgilədi. Təəssüf ki, son dəqiqələrdə qol buraxıb, 2 xaldan məhrum olduq. Futbolda bu cür hallar olur. Növbəti oyuna hazırlaşacağıq.
– İki fərqli hissə izlədik. İlk yarıda hücumlarınız uğurlu alınmırdı. Fasilədən sonra isə komandanız aktivləşdi. Bunu rəqibin yorğunluğu, yoxsa Slavik Alxasovun döyüşə atılması ilə əlaqələndirirsiniz?
– Fasilədə uşaqlara artıra biləcəklərini dedim. Tempi ikinci hissədə artırdıq. Slavik də oyuna yaxşı qoşuldu.
– "Sumqayıt" 6-cı oyundu ki, məğlub olmur. Təcrübəli mütəxəssis kimi, bunu nəylə əlaqələndirərdiniz?
– Məşqçi əliylə. Futbolçuları sonadək mübarizə aparır. Bu vəhdət də faydasını verir.
– Ağabala Ramazanovun gedişindən sonra cinahdakı aktivlik azalıb. Bu da Rauf Əliyev üçün boş zonaların yaranmasında problem yaradır. Forvardınızı "öz boşqabına" qaytarmaq üçün hansısa təblər var?
– Fikrinizlə ancaq qismən razılaşıram. Çünki Əliyev qış fasiləsindən sonrakı 2 oyunda 2 qola imza atıb. Əlbəttə, səhvlər olur. Ancaq Rauf bütün oyunlarda döyüşür.
CEYHUN ƏLİYEV
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə