Dünya futbolu
“Traktorsazi” liderə məğlub oldu
Futbol üzrə İran çempionatında 20-ci turun oyunları ke…
Futbol üzrə İran çempionatında 20-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Təbrizi təmsil edən klublar da növbəti oyunlarına çıxıblar.
Cənubi Azərbaycan paytaxtının ən məşhur klubu – "Traktorsazi" səfərdə lider "Persepolis"lə qarşılaşıb. 0:3 hesablı məğlubiyyətlə üzləşən "traktorçular" çempionluq yolunda çox ağır zərbə alıblar.
Təbrizin digər təmsilçiləri – "Maşinsazi" evdə "İstiqlal"a 0:3 hesabıyla uduzubsa, "Göstəriş" səfərdə "Məşhəd"lə heç-heçəyə razılaşıb – 1:1.
20 turdan sonra "Traktorsazi" 16 klub arasında 38 xalla ikincidir və liderdən 9 xal geri qalır. "Göstəriş" 26 xalla 7-ci, "Maşinsazi" isə 10 xalla sonuncu pillədə qərarlaşıb.