Dünya futbolu
Türkiyə Kubokunda bütün 1/4 finalçılar bəlli oldu
Türkiyə Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Futbo…
Türkiyə Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, son oyun günündə dörd görüş baş tutub.
"Akhisar" "Gümüşhanespor"u, "Konyaspor" "Ümraniyespor"u, "Kasımpaşa" isə "Osmanlıspor"u məğlub yola salaraq 1/4 finala yüksəlib. Erkən final kimi dəyərləndirilən "Beşiktaş" – "Fənərbaxça" derbisində qonaqlar gülən tərəf olublar.
Türkiyə Kuboku
1/8 final
5 fevral
"Akhisar" – "Gümüşhanespor" – 3:1
"Konyaspor" – "Ümraniyespor" – 2:1
"Kasımpaşa" – "Osmanlıspor" – 1:0
"Beşiktaş" – "Fənərbaxça" – 0:1
Xatırladaq ki, ilk oyun günündə "Sivasspor", "Kayserispor", "Rizespor" və "İstanbul Başakşəhər" də 1/4 finala yüksəlmişdi.