Ölkə futbolu
“CBC Sport” rəsmisi təsdiqlədi: “Telekameraların sayı azaldılıb”
Topaz Premyer Liqasının 16-cı turunun əksər oyunları stadiondak?…
Topaz Premyer Liqasının 16-cı turunun əksər oyunları stadiondakı şərhçi otaqlarının boş qalması ilə müşahidə olundu. “CBC Sport”un əməkdaşları oyunu telekanalın binasından şərh etdi. Niyə? Bu suala cavabı kanalın redaktoru Şəmsəddin Abbasovdan aldıq.
“Futbolinfo”ya verdiyi açıqlamada həmkarımız bunun müvəqqəti olduğunu bildirdi: “Bu, texniki problem səbəbindən baş vermişdi. Artıq növbəti turdan əməkdaşlarımız yenidən oyunları stadionlardan şərh edəcəklər”.
Abbasovdan daha bir məsələyə aydınlıq gətirməsini istədik. Söhbət matçların yayımı zamanı daha az kameradan istifadə edilməsindən gedir. Mövsümün ilk yarısında istənilən epizod daha çox rakursdan təqdim olunurdu ki, belədə, daha aydın şəkildə səhvləri, gözəl hərəkətləri dəyərləndirmək mümkün olurdu. Həmsöhbətimiz kamera sayının azaldığını etiraf etməklə yanaşı, tamaşaçılara ən keyfiyyətli görüntülər təqdim etmək üçün maksimum səy göstərdiklərini bildirdi: “Maliyyə böhranı bizdən də yan ötmədi. Bu səbəbdən də qənaət rejiminə keçmişik. İki variant arasında seçim etməli idik: ya bir böyük STS (Səyyar Televiziya Stansiyası) və əvvəlki səviyyədə görüntü, ya da iki kiçik STS. Böyük STS olanda 12 kamera ilə çəkiliş aparmaq mümkün olurdu. Ancaq belədə, Premyer Liqanın bütün oyunlarından canlı yayım öhdəliyimizi yerinə yetirə bilməyəcəkdik. İndiki halda isə bütün matçları yayımlaya bilirik. Doğrudu, indi 5-8 kameradan istifadə edirik. Ancaq hansısa bir vacib oyun olduqda, STS-ləri birləşdirə də bilərik. Belədə, əvvəlki keyfiyyəti ala biləcəyik”.
Abbasov son cümləsini konkretləşdirməsə də, böyük ehtimalla söhbət ölkə kubokunun finalı, habelə təmsilçilərimizin avrokubokların seçmə mərhələ oyunlarından gedir.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”