Ölkə futbolu
Telman İsmayılov Azərbaycanda futbol klubu açmaq istəyir
Azərbaycanlı oliqarx, AST Şirkətlər Qrupunun sahibi Telman İsmay…
Azərbaycanlı oliqarx, AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılov baku.ws-ə müsahibə verib. Futbolinfo.az xəbər verir ki, iş adamı Türkiyənin "Antalyaspor" klubuna sponsorluq etməsindən danışıb.
Telman İsmayılov bildirib ki, Moskvada və Azərbaycanda futbol məktəbi açmaq istəyir: "İmkanım olan zamanlarda bir sıra futbol klublarına, eləcə də "Anatlyaspor"a sponsorluq etmişəm. Hesab edirəm ki, legionerlərə ehtiyac olmadan keçinmək üçün öz gənc idmançı kadrların yetişdirilməsi vacibdi. Problemlərim öz həllini tapdıqdan sonra Moskvada və Azərbaycanda yaxşı bir idman məktəbi açmağı çox istərdim. Gələcəkdə Azərbaycanda futbol klubu açmağa hazıram. Bu arada Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində uğurla çıxış etdiyini qeyd etmək istərdim. İki qələbə və 3 heç-heçə qəlbimizi Azərbaycan idmanına olan qürur hissi ilə doldurdu".