Premyer-liqa
Rəşad Sadıqov da "Zirə" ilə matçı buraxacaq
Rəşad Sadıqov “Zirə” ilə matçı da buraxacaq. …
Rəşad Sadıqov “Zirə” ilə matçı da buraxacaq. Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın kapitanını 16-cı turun oyununda da görməyəcəyik.
Zədəli olan kapitan hələ ki, sıraya dönməyib. Onun bir neçə gün sonra hazırlıqlara başlayacağı gözlənilir.
Bundan başqa, ötən tur sıradan çıxan Dani Kintana və cəzasını başa vurmayan Riçard Almeyda da buraxacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma sabah saat 17:30-da Suraxanı qəsəbə stadionunda start götürəcək.