Bizi izləyin

Ölkə futbolu

Xaqani Məmmədovun təlimatları…

Xaqani Məmmədov yenə “at oynatdı”, meydan oxudu. Hakim…

blank

Xaqani Məmmədov yenə “at oynatdı”, meydan oxudu. Hakimlər Komitəsinin sədri bu dəfə “Xəzər TV”də “möhtəşəm” açıqlamaları ilə diqqət mərkəzinə düşdü. Topaz Premyer Liqasının 16-cı turunda baş verən rüsvayçılıqlara “don geyindirməyə” çalışan Məmmədov yenə də futbol camiəsini kor və savadsız göstərməyə çalışdı.

Ən unudulmaz epizod Orxan Məmmədovun AZAL – “Qarabağ” matçında Sadio Tounkaraya göstərdiyi vərəqələrlə bağlı idi. Hakimlər Komitəsinin sədrinin ilk sarı vərəqə zamanı futbolçunun ayaq üstə olmamasına şərhi: “Gəlin, bu məsələni şişirtməyək. Bu, metodiki səhvdi”.

Xaqani müəllim, qaydalara əsasən futbolçuya rəsmi xəbərdarlıq göstərilərkən, onun hakimlə üz-üzə dayanması nəyə görə vacibdi? Onun üçün ki, cəzaya məruz qalan oyunçu sarı vərəqə aldığını və bundan sonra ehtiyatlı davranmalı olmasından məlumatlanmalıdı! Orxan Məmmədov isə yerdə qıvrılan oyunçuya sarı vərəqə verib, hadisə yerindən uzaqlaşır. Bəlkə Tounkara heç bu epizodu görməyib? Bəlkə Tounkara elə bilib ki, həmin an sarı vərəqə İlqar Ələkbərova göstərilib? Belə metodiki səhv olmur, futbol təsərrüfatının “gözünə kül üfürməyin”! 

Bəlkə Məmmədov futbolçunun nəyə görə hakimlə üz-üzə dayandıqdan sonra sarı vərəqəylə cəzalandırılmalı olduğunun səbəbini bilmir? Bilir, özü də əla bilir! Çünki qanundan istədiyin kimi istifadə etmək üçün, onu əzbər bilməlisən. Məmmədov da qaydaları əla bilir… Ancaq istiqamətini öz xeyrinə dəyişmək üçün.

Tounkaranın aldığı ikinci sarı vərəqə isə… Ad tapmaq olmur. Məmmədovların (həm Orxanın, həm də Xaqaninin) möhtəşəm açıqlamaları: “Cərimə meydançasında qapıçı toxunulmazdı”!

Əvvəla, dedikləri qapıçı meydançasına şamil olunur. Yəni, 6 metrə! İndi də həmin toqquşmanı xatırlayaq. İlqar Qurbanov və Sadio topu təqib edirlər. “Qarabağ”ın müdafiəçisi malili futbolçudan öndə olsa da, Tounkara yüksək sürət hesabına müdafiəçini qabaqlamağa çalışır. Əks istiqamətdən topa tərəf şığıyan İbrahim Şehiç komanda yoldaşının köməyinə qaçır. Topu ələ (ayağa) keçirmək istəyən AZAL-ın futbolçusu son anda Qurbanovu qabaqlasa da, qolkiper sıçrayışla topu ələ keçirir. Ətalət qanununa uyğun olaraq, “təyyarəçilər”in oyunçusu qaçdığı istiqamətdə daha bir neçə addım atır. Belədə Şehiçə toxunmaması qeyri-mümkündü!

Xaqani Məmmədov da bunu əlində bayraq edib ki, Şehiçə toxunuş var. Bunu HK sədri deməsəydi, əlavə kameralar olmasaydı, anlamaq çətindi ki? Epizodun davamında Tounkara yerdə qalan əlcək sahibinə yaxınlaşıb, üzrhaxlıq edir. Bununla da insidentin böyməməsi üçün ən düzgün addımı atmış olur. Lakin Orxan Məmmədov fərqli yol seçir və futbol ictimaiyyətinin “tüstüsünü başından çıxarır”.

Deyək ki, Orxan səhvi edib, bunu da futbol ictimaiyyəti gördü, tənqid atəşinə tutdu və ümid etdi ki, analoji səhvlər bir daha təkrar olunmayacaq. Bəs, Xaqani Məmmədov nə danışır? “UEFA-nın ən son təlimatlarına əsasən…”

Bu, UEFA-nın təlimatları yalnız Azərbaycana şamil olunur? Özü də yalnız hakim belə absurd qərar verdikdən sonra? İşdi, ikinci sarı vərəqə göstərilməsəydi, UEFA-nın son təlimatları “rezko” dəyişəcəkdi. Buna tam əmin olun. 

Sonda Yeni il öncəsi Elxan Məmmədovla müsahibə zamanı AFFA-nın baş katibinin dediyi bir ifadəni xatırlatmaq istəyirəm: “Xaqani Məmmədovun kommunikasiya problemi var”.

Dəqiq belədi! Hakimlər Komitəsinin sədri hakim səhvini pərdələmək əvəzinə, etiraf etsəydi ki, həmsoyadı düzgün qərar verməyib, məsələ bu qədər şişməzdi. İndi isə qoy sevə-sevə həqiqətləri oxusun.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-22 00:30

II Liqanın mükafatçıları medallarına qovuşdular – VİDEO

blank
Digər idman növləri2024-05-21 23:59

AÇ-də medal qazanan güləşçilər təəssüratlarını bölüşdülər

blank
Dünya futbolu2024-05-21 23:44

Paytaxt klubunda gözlənilməz ayrılıq

blank
Digər idman növləri2024-05-21 23:29

Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu

blank
Digər idman növləri2024-05-21 23:00

Daha iki güləşçimiz AÇ-nin finalında

blank
Digər idman növləri2024-05-21 22:00

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar

blank
AÇ-20242024-05-21 21:41

İngiltərə yığmasının AÇ üçün ilkin heyəti açıqlandı

blank
Ölkə futbolu2024-05-21 21:19

II Liqanın bombardiri təltif edildi

blank
Ölkə futbolu2024-05-21 20:58

Azərbaycan yığmasının üzvləri fəxri adla mükafatlandırılıblar

blank
Digər idman növləri2024-05-21 20:37

“Sağlam bədəndə sağlam ruh” devizi altında

blank
Milli komanda2024-05-21 20:19

Millimizə can atırdı, “Hamburq”la anlaşdı

blank
Ölkə futbolu2024-05-21 20:00

II Liqada mövsümə yekun vuruldu

blank
Digər idman növləri2024-05-21 19:33

Mehriban Əliyeva Hidayət Heydərovu təbrik edib

blank
Ölkə futbolu2024-05-21 19:00

“Mundialın Bakıda keçirilməsi hər kəs üçün sevindirici haldır”

blank
Ölkə futbolu2024-05-21 18:35

“DÇ-nin Bakıda keçirilməsi bizim üçün vacib məqamdır” – Orxan Məmmədov

blank
Ölkə futbolu2024-05-21 18:16

Bakıda təşkil olunacaq DÇ-2025-in təqdimat mərasimi keçirildi

blank
AÇ-20242024-05-21 17:53

Portuqaliyanın AÇ-2024 üçün yekun heyəti bəlli oldu

blank
Digər idman növləri2024-05-21 17:34

Səudiyyə Ərəbistanı qadın tennisçilərin də tərəfdaşı oldu

blank
Dünya futbolu2024-05-21 17:19

Məşhur futbolçu karyerasını başa vurur

blank
Digər idman növləri2024-05-21 17:04

Cüdoçumuz DÇ-də ilk sınağındaca uduzdu

blank
Digər idman növləri2024-05-21 16:50

“Ümid edirəm ki, Parisdə də yaxşı nəticələr əldə edəcəyik”

blank
Dünya futbolu2024-05-21 16:32

Tuhelin əvəzinə daha bir namizəd

blank
Digər idman növləri2024-05-21 16:15

Məhsuldarlığa görə MBA 1-ci, Avroliqa 9-cu oldu

blank
Ölkə futbolu2024-05-21 16:00

“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov

blank
Digər idman növləri2024-05-21 15:40

Azərbaycan tennisçiləri Avropa birinciliyinə qatılacaqlar

blank
Digər idman növləri2024-05-21 15:21

Yığmamız Mərkəzi Asiyanın Açıq Çempionatında 4-cü oldu

blank
Dünya futbolu2024-05-21 15:04

“Sevilya” məşqçisini dəyişəcək

blank
Dünya futbolu2024-05-21 14:49

Emeri İngiltərədə ilin məşqçisi seçildi

blank
Milli komanda2024-05-21 14:35

Millimizin Albaniya və Qazaxıstanla oyunlarına təyinatlar açıqlandı

blank
Dünya futbolu2024-05-21 14:17

Potter yenidən “Brayton”da

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm