Premyer-liqa
"Kəpəz" Sumqayıtda dəstəksiz qalmayacaq
Topaz Premyer Liqasının 17-ci turunda Sumqayıt səfərinə yollanac…
Topaz Premyer Liqasının 17-ci turunda Sumqayıt səfərinə yollanacaq “Kəpəz” bu dəfə dəstəksiz qalmayacaq. Futbolinfo.az xəbər verir ki, gəncəliləri bu görüşdə 100-ə yaxın azarkeş dəstəkləyəcək.
Artıq bunun üçün klub rəhbərliyi 2 avtobus ayırıb. Bundan başqa, komandanın Bakıdakı fan-klubu olan “Xəmsə”nin də bu görüşdə tribunada olması gözlənilir.
Qeyd edək ki, sözügedən matç fevralın 9-da, saat saat 15:00-da start götürəcək.