Ölkə futbolu
"Kəpəz" azarkeşlərindən bəyanat
Qış fasiləsindən sonrakı hər iki oyunda xala həsrət qalan &ldq…
Qış fasiləsindən sonrakı hər iki oyunda xala həsrət qalan “Kəpəz”in azarkeş qruplarından olan “Xəmsə” dünən bəyanat yayıb. Futbolinfo.az xəbər vərir ki, gəncəli tərəfdarlar mövcud vəziyyətə etiraz ediblər. Onlar konkret hansısa şəxsə yox, komandanı bu vəziyyətə salanlara etiraz ünvanlayıblar:
“Etirazımız fərdlərə deyil, komandanın "ağ günə" çıxarılacağı barədə 2 ildi müxtəlif vədlər verib, sözünün arxasında dayanmayan hər kəsə aiddi. Şahin Diniyevdən narazı olanlar, onu sevməyənlər və bütün uğursuzluqları onun çiyninə yükləmək istəyənlər isə bu işi görməkdə sərbəstdirlər. Təbii ki, bizim etirazlarımızın arxasında gizlənmədən, fikirlərini öz adlarından yayımlamaq şərti ilə”.
“Zirə” ilə matçda komandanı yalnız buraxan azarkeş qrupunun “Sumqayıt”la səfərə yollanacağı da sual altındadı. Azarkeş qrupunun ağsaqqalı Adil Məmmədov bu məsələyə sabah aydınlıq gələcəyini bildirib: “Sabah iclasımız olacaq. Bundan sonra həmin qarşılaşmaya gedib-getməyəcəyimiz bəlli olacaq. Elə iclasdan sonra komandaya dəstək və ya etiraz edəcəyimiz bilinəcək”.