Bizi izləyin

Premyer-liqa

"Qarabağ"a qardaş payı, "Qəbələ"nin İnqilabı

Qəribə vəziyyətdi. Ağlayan, şivən salan, bununla təzyiq g&ouml…

blank

Qəribə vəziyyətdi. Ağlayan, şivən salan, bununla təzyiq göstərən mükafatını alır, öz eyiblərini başqalarının günahları ilə pərdələyir, aciz olan, səsini çıxarmayan zərbə dalınca zərbə alır.

Tur hələ davam edir, lakin çempionluq yarışının favoritləri dünən növbəti ev qələbələri ilə qiyabi mübarizəni davam etdirdi. "Qəbələ" və "Qarabağ"ın qələbələri eynihesablı olsa da, 3 xal əldə etmək üsulları fərqli oldu.

Günün ikinci matçında "Qarabağ" daim, son 4 matçda məhz 2 qolla yendiyi "Zirə"yə yenə eyni aqibəti yaşatdı. Hər iki hissənin startında vurulan qollar ağdamlıları rahatlatdı, qonaqların yeni baş məşqçisi Ayxan Abbasovu isə karyerasının ilk xal itkisinə məruz qoydu. Gərgin keçməyən matçda cəmi 1 sarı vərəqə göstərildi, "Qarabağ" matçın sonunu məşqə çevirdi, ciddi müqavimət görmədən yoluna davam etdi.

Ağdamlıların daim lazımsız oyunçularını ya icarəyə, ya da birdəfəlik göndərdiyi "Zirə"ylə çox bağlılıqlarını tapmaq olar. Qəsəbə komandasını faktiki, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov idarə edir. Bu komandaları qardaş saymağa imkan verən digər özəl səbəblər də var. Müqavimətsiz təslim olan "qartallar"ın bəzi oyunçularına gözlənilmədən istirahət verməsi də müəmmalı idi – sanki onlar növbəti turdakı "Qəbələ" ilə oyun üçün qorundular. O "Qəbələ" ki, çemionluq yolunda "Qarabağ"ın əsas rəqibidi.

"Qəbələ"nin qələbəsi daha çətin alındı. "Qırmızı qaralar" hesabı açandan sonra çətin duruma düşdülər. 10 nəfərlə qalan AZAL-ın haqqı tapdanmasaydı, qonaqlar penalti vurmalı idi. Amma meydan sahiblərinin hücumusu Daniel Subotiçin öz cərimə meydanalarında voleybol oynamasını hakimlərdən başqa hamı gördü. İnqilab Məmmədovun bu "dəstəy"indən yararlanan "Qəbələ" son dəqiqələrdə daha bir qol vurub qələbə qazandı.

Maraqlıdı, son vaxtlar hakimlərdən ən çox narazılıq edən də "Qəbələ"di, onların xidmətindən yararlanan da. Deyəsən, səs-küy salmaq, etiraz etməklə "qırmızı qaralar" hakimlərin gözünü qorxutmağa, onlara təzyiq göstərməyə nail olub. Elə olmasaydı, ardıcıl 2 matçda hakim səhvləri onlara 6 xal qazandırmazdı. Klub rəsmiləri sosial şəbəkələrdə "Qarabağ"ın lehinə olan hakim səhvlərini gündəmə çevirməklə, rəsmi sayt vasitəsilə "hakimlərin səhvi ilə qazanılan xallar bizə lazım deyil" deməklə iz azdırırlar.

3-cü dövrə başlayanı "Qəbələ" 3 matç keçirib. "Sumqayıt"la oyun heç-heçə bitib; "Neftçi" ilə matçda qonaqların penaltisi verilməyib, üstəlik, qələbə gətirən qol ofsayddan vurulub; AZAL-la görüşdə rəqibin bərabərliyi təmin edəcək penaltisi təyin edilməyib. Kəsəsi, hər 2 qələbə hakim səhvi nəticəsində reallaşıb. Həm də hər 3 oyun ev matçı olub.

"Qəbələ" özünü mübahisələrə, qərəz axtarmağa o qədər aludə edib ki, komanda futbol oynamağı unudub. Bu gedişlə bəhanələrin arxasında gizlənən Roman Qriqorçukun məyus olacağı günə çox qalmayıb. Komandada işlər yaxşı getmir, bu gedişlə artıq hakimlər də onları xilas edə bilməyəcək, növbəti üsyanda kimsə qəbələlilərə inanmayacaq. "Qırmızı qaralar" əsl futbolla xal qazana bilmir, daha güclü rəqiblərlə görüşlərdə büdrəmələr qaçılmazdı. Aylıq büdcəsi "Qəbələ"nin istənilən legionerinin yarım aylıq maaşı qədər olan AZAL belə bu komandadan daha məzmunlu futbol sərgiləyirdi. Ona görə də klub rəhbərliyi Qriqorçukun "aerodrom" papağını qarşısına qoyub fikirləşməlidi.

Hər 2 favorit qış fasiləsindən sonra eyni miqdarda xal toplayıb. Bütün mübahisələrdə də hakim səhvləri məhz onların xeyrinə olub. Haqqı tapdananlar öz yerində, görünən odur ki, rəqiblər büdrəməmək üçün imkanlarından maksimum istifadə edir. Yəqin ki, çempionluğun taleyi şəxsi görüşlərdə həll olunacaq. 2 belə matçdan birincisi isə elə bu ay Qəbələdə olacaq.

FƏRİD

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-20 21:30

Bundesliqanın ən yaxşı futbolçusu bəlli oldu

blank
Dünya futbolu2024-05-20 21:23

Kompani yeni çağırış gözləyir

blank
Ölkə futbolu2024-05-20 21:09

“Şahdağ Qusar”la “Dinamo” mövsümə darmadağınla yekun vurdu

blank
Dünya futbolu2024-05-20 20:51

Slot rəsmən “Liverpul”da

blank
Digər idman növləri2024-05-20 20:00

Hidayət Heydərov dünya çempionu oldu

blank
Əvəzedicilər2024-05-20 19:46

Əvəzedicilər Liqasının qalibi müəyyənləşdi

blank
AÇ-20242024-05-20 19:31

38 yaşlı Modriç milliyə çağırıldı

blank
Ölkə futbolu2024-05-20 19:16

Karyerasında ilk dəfə dubla imza atdı

blank
Dünya futbolu2024-05-20 19:00

“Mançester Siti”nin qapıçısı Amerika kubokunda iştirak edə bilməyəcək

blank
Ölkə futbolu2024-05-20 18:40

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlandı

blank
Digər idman növləri2024-05-20 18:22

AGF rəsmisi beynəlxalq seminara dəvət alıb

blank
Ölkə futbolu2024-05-20 18:06

“Sumqayıt”ın stadionunda “açıq qapı”

blank
Milli komanda2024-05-20 17:51

Millimiz yoldaşlıq turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-05-20 17:37

Azərbaycanın kata üzrə komandalarında yeni baş məşqçi

blank
Digər idman növləri2024-05-20 17:20

Azərbaycan gimnastlarından Dünya Kubokunda 2 medal

blank
Digər idman növləri2024-05-20 17:05

Cokoviç Belqrad derbisində

blank
Digər idman növləri2024-05-20 17:00

“Ferrari” rəhbəri qələbə perspektivinə inanır

blank
Digər idman növləri2024-05-20 16:48

İlin ən yaxşı oyunçusu Olimpiadada iştirakından əmin deyil

blank
Digər idman növləri2024-05-20 16:31

Məşhur basketbolçu qaçarkən sərhəddə yaxalandı

blank
Dünya futbolu2024-05-20 16:30

“Bayern” italiyalılardan imtina edib

blank
Ölkə futbolu2024-05-20 16:14

“Sabah”ın daha bir komandası çempion oldu – VİDEO

blank
Dünya futbolu2024-05-20 16:00

Mukiele və Soler satılacaq

blank
Dünya futbolu2024-05-20 15:45

Foden “Mançester Siti”nin tarixinə düşdü

blank
Digər idman növləri2024-05-20 15:30

Azərbaycan yığması yarımfinalda məğlub oldu

blank
Digər idman növləri2024-05-20 15:16

“Növbəti hədəfim Parisdəki paralimpiadadır”

blank
Digər idman növləri2024-05-20 15:00

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldılar

blank
Digər idman növləri2024-05-20 14:49

Bürünc mükafatçı müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-20 14:38

Şansı qaçırmayan “Neftçi”, “Zirə”nin qələbəsində Rəhimin “əli”

blank
Digər idman növləri2024-05-20 14:31

Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar

blank
Ölkə futbolu2024-05-20 14:17

II Liqada 26-cı turun təyinatları açıqlandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm