Dünya futbolu
Erat dubl etdi, komandası 12 qola sevindi
Almaniyanın “Duysburq” klubu yoxlama oyunu keçirib…
Almaniyanın “Duysburq” klubu yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Toğrul Eratın komandası aşağı divizion təmsilçisi “Hamborn”la qarşılaşıb.
Oyun 12:0 hesabıyla "Duysbuq"un xeyrinə başa çatıb. İlk yarıda 9 qol vuran üçüncü bundesliqanın liderinin heyətində Erat da fərqlənib. 90 dəqiqə meydanda olan futbolçumuz 18-ci dəqiqədə komandasının 3-cü, 41-ci dəqiqədə isə 9-cu qoluna imza atıb.