Dünya futbolu
SSRİ yığmasının sabiq qapıçısı öldürüldü
SSRİ yığmasının və Kiyev “Dinamo”sunun sabiq qapı&c…
SSRİ yığmasının və Kiyev “Dinamo”sunun sabiq qapıçısı Viktor Çanov 57 yaşında dünyasını dəyişib. Futbolinfo.az xəbər verir ki, sabiq əlcək sahibi öz əcəli ilə ölməyib.
Üçqat SSRİ çempionu və beşqat kubokunun qalibi, 1986-cı ildə Kuboklar Kubokunun qalibi olmuş Çanova yanvarın 20-də Kiyev ətrafında hücum olub. Nəticədə ona ciddi xəsarətylər yetirilib, o cümlədən kəllə-beyin travması. Aldığı çoxsaylı xəsarətlərdən sonra Çanov əməliyyat olunub. Lakin həkimlər tanınmış qolkiperin həyatını xilas edə bilməyib.