Ölkə futbolu
Keyta “Qarabağ”a gəlir?
“Qarabağ” Polşanın “Lex” klubunun futbol&cc…
“Qarabağ” Polşanın “Lex” klubunun futbolçusu Məhəmməd Keytanı transfer edə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, 26 yaşlı norveçli hücumçunun ABŞ-ın “Minnesota” klubuna keçəcəyi gözlənilsə də, o, son anda qərarını dəyişib və “Qarabağ”la razılığa gəlib.
Qeyd edək ki, Norveçin U-18, U-21 və U-23 millilərində çıxış edən Keyta son 3 mövsümü icarə əsasında "Stabek" və "Strömqodset" klublarında keçirib. Qambiya əsilli futbolçunun “Lex”lə iyun ayına qədər müqaviləsi var.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir