Premyer-liqa
Vurğun Hüseynov üçün 100 nömrəli futbolka
Azərbaycan Premyer Liqasının 17-ci turunda "Sumqayıt" ev…
Azərbaycan Premyer Liqasının 17-ci turunda "Sumqayıt" evdə "Kəpəz"i qəbul edir. Futbolinfo.az xəbər verir ki, matçdan öncə mükafatlandırma mərasimi keçirilib.
Belə ki, komandanın kapitanı Vurğun Hüseynov "Sumqayıt"ın heyətində ötən tur 100-cü matçına çıxıb. Ona müdafiəçinin ad və soyadı yazılmış 100 nömrəli forma hədiyyə edilib. Mükafatı klubun Müşahidə Şurasının sədri Abdulla Məmmədov və Sumqayıt futbolunun veteranı Telman Salahov təqdim edib.