Premyer-liqa
“Neftçi”də ilk qolumu vurduğuma görə çox sevinirəm”
“Neftçi” PFK-nın futbolçuları – Dani…
“Neftçi” PFK-nın futbolçuları – Daniel Seqoviya, Namiq Ələsgərov və İqnasio Herrera klubun rəsmi saytına açıqlama veriblər. Futbolinfo.az xəbər verir ki, 3:1 hesablı qələbəyə hərəyə 1 qolla töhfə verən futbolçular bunları söyləyiblər:
Daniel Seqoviya: “İnter” çox güclü rəqibdir, amma bu gün qələbədən başqa heç bir nəticə bizi qane edə bilməzdi. Bu görüş keçmişdə qaldı, artıq növbəti oyunları fikirləşirəm. Fikrimcə, yavaş-yavaş “Neftçi” daha güclü oyun göstərəcək”.
Namiq Ələsgərov: “Çətin oyun oldu. Son iki matçdakı nəticələrdən sonra bu gün mütləq qələbə qazanmaq istəyirdik. Həm buna nail olduğumuza, həm də “Neftçi”nin heyətində ilk qolumu vurduğuma görə çox sevinirəm”.
İqnasio Herrera: “Oyun çətin keçsə də, çox gözəl qələbə alındı. Növbəti oyunu səbirsizliklə gözləyirəm.Çünki bu, “Bakcell Arena”da olacaq. Ümid edirəm ki, azarkeşlərimiz bu gün bizi tək qoymadıqları kimi, ev oyununda da gəlib bizə dəstək olacaqlar”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə