Ölkə futbolu
"Sumqayıt"dan mövsümün yeni rekordu
"Sumqayıt" 2016/2017 futbol mövsümü ü&c…
"Sumqayıt" 2016/2017 futbol mövsümü üçün yeni rekorda imza atıb! Futbolinfo.az xəbər verir ki, məğlubiyyətsizlik oyunlar seriyasını 7-ə çatdıran komanda son turda "Kəpəz" üzərində qələbə qazanaraq (3:1) turnir cədvəlində yenidən 4-cü pilləsinə yüksəlib.
Bu qarşılaşmada diqqət çəkən ən başlıca məqam komandanın heyətində yer alan futbolçuların yaş həddidir. Belə ki, ilk onbirlikdə yer alan 5 futbolçu 21 yaşadək futbolçular üçün nəzərdə tutulan yaş limitində olub. Oyunun gedişində sonradan meydana daxil olan daha 3 futbolçu – Xəyal Nəcəfov – 19 yaş, Mirabdulla Abbasov – 21 yaş və Seymur Əsədov da limitə düşəcək yaş həddində olub.
Ən maraqlı məqam isə komandanın müdafiə xətti ilə bağlıdır. Belə ki, arxa xətt oyunçuları Yusif Nəbiyev – (19), Bəhlul Mustafazadə – (19), Kamran Abdullazadə – (21), və Azər Salahlı – (22) da futbolçular üçün nəzərdə tutulan limitini keçməyib. Müdafiə xəttinin ən yaşlı futbolçusu isə Bəxtiyar Həzanalızadə olub (24 yaş). "Kəpəz"lə qarşılaşmada komandanın ortalama yaş həddi isə ümumilikdə 22,8 olub. Bu da Premyer Liqanın 2016/2017 mövsümü üçün bütün klubların iştirakı ilə baş tutmuş oyunlarda qeydə alınmış rekord göstəricidir.