Dünya futbolu
Amit "Olimpiakos"a qarşı oynadı, komandası uduzdu
Futbol üzrə Yunanıstan çempionatında 20-ci turun oyunla…
Futbol üzrə Yunanıstan çempionatında 20-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası – AEL də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Olimpiakos"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Amit 46-cı dəqiqədə meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, AEL geridə qalan turlarda topladığı 17 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.