Premyer-liqa
Ozobiç hədəfdə
Az sonra başlayacaq “Zirə” – “Qəbələ&rdqu…
Az sonra başlayacaq “Zirə” – “Qəbələ” oyununda qonaqların yarımmüdafiəçisi Filip Ozobiçə xüsusi diqqət olacaq. Meydan sahibləri rəqibin əsas oyunçusunu dayandırmaq üçün maksimum çalışacaq.
Xorvatiya iığmasının üzvünə qarşı fərdi oynamaq üçün futbolçu ayıran baş məşqçi Ayxan Abbasov qonaqların hücumlarının məhz onun sayəsində qurulduğunu yaxşı bilir. Bundan başqa, komandaya xüsusi tapşırıq da gəlib. Belə ki, bu futbolçu imkan daxilində təxribata çəkilməli, hakimlərin onu vərəqəylə cəzalandırması üçün səy göstərilməlidi.
Hazırda cəza həddində olan Ozobiç daha bir sarı vərəqə alarsa, növbəti turu buraxmalı olacaq. Bu isə “Qəbələ”yə böyük zərbə olardı. 19-cu turda “Qəbələ” – “Qarabağ” oyunu var və “qırmızı qaralar”ın dirijorunun sıradan çıxarılması ağdamlıların işinə yarayar. Filip bu məqamı nəzərə almalıdı.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə