Bizi izləyin

Müsahibə

Ayxan Abbasov: "Ən çox “Qarabağ”a qalib gəlmək istəyirəm"

Azərbaycan Premyer Liqasının 18-ci turunda evdə “Qəbələ&r…

blank

Azərbaycan Premyer Liqasının 18-ci turunda evdə “Qəbələ”ylə heç-heçə edən (2:2) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalitslərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, Abbasov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

– Oyuna ciddi hazırlaşmışdıq. Bundan əvvəlki matçda məğlub olmuşduq. Buna görə də ardıcıl ikinci məğlubiyyəti almaq istəmirdik. Məqsədimiz avrokuboklara vəsiqə əldə etməkdi. Üstəlik, evdə oynayırdıq. “Qəbələ” də güclü komandadı, son illər öz sözünü deməyi bacarır. Rəqib 10 nəfərlə qalsa da, qol vura bildi. Amma sonra iki hücumçuya keçdik və bərabərlik qolunu vurduq. İki futbolçu ilk dəfə idi ki, start heyətində yer alırdı. Onlar qarşıdakı görüşlərdə daha yaxşı olacaq. Çalışacağıq xallarımızın sayını artıraq.

– İctimaiyyətdə belə fikir formalaşıb ki, “Zirə” “Qarabağ”a bu cür sürətli oyun təklif etsəydi, xal ala bilərdi. Bununla razısınızmı?
– İlk dəfədi özümə borc bilirəm ki, buna cavab verim. Futbol oynayanda da bu tip hallar yaşamışdım. Vaxtilə “Qarabağ” – AZAL matçında da eyni söz-söhbətlər yaranmışdı. Heç vaxt bu söhbətlərə getməmişik, məşqçi kimi də getməyəcəyik. Debüt etdiyimiz ötən mövsüm gümüş medal qazandıq. Paxıllıq yaranıb. Azərbaycan futbolunun problemi budu. Bizim sponsorumuz başqa, onlarınkı başqa. “Qarabağ” güclüdü və onlara qarşı oynamaq çətindi. Bu gün onlara rəqib yoxdu. “Qəbələ” də çempionluğa oynayır, amma “Qarabağ” tam fərqli oyun göstərir. Düzdü, “Qarabağ”da oynamışam. Amma Qurban Qurbanov gəlib deməyəcək ki, oyunu verin. Orada münasibətim yaxşı olan futbolçular var. Ötən mövsüm “Qəbələ”yə 3 oyunçu vermişdik. O demək idi ki, onlara oyun verməliyik? Ən çox “Qarabağ”a qalib gəlmək istəyirəm. Onlarla oyunumuz alınmır, bizdən üstündülər.

– İlk 20-25 dəqiqədə hücumda çoxala bilmirdiniz. Hesab 1:1 olarkən də eyni vəziyyət yaranmışdı…
– Biz hücumda ən azı 5 nəfərlə iştirak etmək istəyirdik. Amma cinah müdafiəçilərimiz hücuma az qoşulurdular. Bu da rəqibin təzyiqindən irəli gəlirdi. “Qəbələ” də qapımızda ciddi vəziyyət yarada bilmirdi. Amma ikinci hissədə daha baxımlı oynadıq. Bu həftə standart vəziyyətlər üzərində işləmişdik. Çünki “Qəbələ”nin bu baxımdan problemi olduğunu bilirdik. Qol buraxmağımız isə ani epizod oldu, müdafiəçinin ayağı sürüşdü. Ozobiç də çox yaxşı oyunçudu, bunu qaçırmadı.

– Sizə elə gəlmir ki, “Qarabağ”la oyundakı məqamlar söz-söhbətlərə zəmin yaradır? Komandanın bu rəqiblə matçda sarı vərəqə almaması, Elvin Məmmədovu əvəzləməyiniz müəyyən şübhələrə əsas verdi…
– Bununla razı deyiləm. Elvin Məmmədov “Qarabağ”la görüşü zəif keçirdi. Açığı, onu meydana buraxmaq istəmirdim. Amma özü çox oynamaq arzusunda idi. 3 gündən bir oynayırdı, yorulmuşdu. Əks-hücumdan oynamaq istəyirdik. Elvin Məmmədov birinci hissədə istədiyim kimi oynamadı. 3 hücumçu buraxmışdım. Uduzmaq istəsəydim, 3 hücumçu ilə oynayardım? “Real” – “Barselona” oyununda da bəzən vərəqə olmur. Oyun belə gətirib, vərəqə verilmirsə, buna biz nə edək? “Qarabağ”ın ciddi qol vəziyyətləri olmurdu. Sadəcə, müdafiədən çıxa bilmirdik. Futbolçularımızda “Qarabağ”a, “Qəbələ”yə qarşı qorxu hissi var. Güclü legionerlər də Azərbaycanda bu komandanı tanıyırlar. “Zirə”ni yavaş-yavaş tanıyacaqlar. Çıxıb meydanda bu cür artistlik etmərik.

ELMAR ABDULLA-ZADƏ

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-22 01:53

PSJ və “Monako”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-22 01:35

“Real”dan “Barselona” üzərində əzmkar qələbə

blank
Dünya futbolu2024-04-22 01:21

“Fiorentina” və “Atalanta” səfər qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 00:08

“Bayer” “Borussiya”ya da uduzmadı

blank
Dünya futbolu2024-04-21 23:53

“Liverpul”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-21 23:37

Finalda Mançester derbisi olacaq

blank
Dünya futbolu2024-04-21 23:24

Rahil Məmmədovun komandası “Lex”ə uduzdu

blank
Dünya futbolu2024-04-21 23:16

Renatlı “Hatayspor” uduzdu, “Qalatasaray” qalib gəldi

blank
Premyer-liqa2024-04-21 22:41

“Oyun planında komandaya etirazım yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-21 22:24

“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-21 21:59

“Araz-Naxçıvan” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Əvəzedicilər2024-04-21 21:25

“Qarabağ-2” məğlubiyyətə üzüldü

blank
Premyer-liqa2024-04-21 20:55

“Səbail” “Araz-Naxçıvan”a qalib gəldi

blank
Premyer-liqa2024-04-21 20:21

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-21 20:00

Büdrəyən olmadı, bir oyun baş tutmadı

blank
Premyer-liqa2024-04-21 19:38

“İkinci hissədən məmnun deyiləm” – Renduliç

blank
Premyer-liqa2024-04-21 19:19

“Gələn oyunlara köklənməliyik” – Adil Şükürov

blank
Digər idman növləri2024-04-21 18:58

Azərbaycanın gimnastika millisi Praqada gümüş medal qazandı

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm