Dünya futbolu
44 oyunluq məğlubiyyətsiz seriyaya son
Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci tur daha çox lider “Liverpul”un səfərdə autsayder “Uotford”a məğlub olmasıyla əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, mersisaydlılar bu görüşün ikinci yarısında buraxılan qollarla 0:3 hesabı ilə uduzub.
Bununla da Premyer Liqada sonuncu dəfə 2019-cu yanvarın 3-də “Mançester Siti”yə məğlub olan “Liverpul”un 44 oyunluq seriyası qırılıb. Bu müddətdə Yurgen Kloppun yetirmələri 39 qələbə qazanıb, 5 heç-heçə edib.
Nəticədə liverpullular “Arsenal”ın 49 oyunluq məğlubiyyətsizlik rekorduna çata bilməyib. Cari mövsümdə cəmi 1 dəfə xal itirən komandanın Premyer Liqadakı 18 oyunluq qələbə seriyası da sona çatıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı