Dünya futbolu
44 yaşında futbolçudan 31-ci klubla müqavilə
Futbol üzrə Uruqvay milli komandasının sabiq hücumçusu Sebastyan Abreu özünə yeni iş yeri tapıb.
Futbolinfo.az xəbər verir ki, 44 yaşlı hücumçu “Sud Amerika” klubuna keçib.
Bu barədə Uruqvay təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Sud Amerika” Abreunun peşəkar karyerasındakı 31-ci klubu olub. Hücumçunun son iş yeri Braziliya “Atletik”i olmuşdu.
Abreu karyerası ərzində İspaniya, Braziliya, Argentina, Yunanıstan, Meksika, Çili, Ekvador klublarında çıxış edib. O, Uruqvay yığmasında 70 oyunda 26 qola imza atıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq