Dünya futbolu
Nazarov komandasını məğlubiyyətdən xilas etdi
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 21-ci turun oyunlar…
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 21-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Braunşveyq "Ayntraxt"ı ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Nazarov bu görüşün 46-cı dəqiqəsində meydana buraxılıb. İlk yarıda məğlub duruma düşən "Ersgebirge" 57-ci dəqiqədə məhz Dmitrinin penaltidən vurduğu qolla qarşılaşmadan 1 xalla ayrılıb.
Qeyd edək ki, "Ersgebirge" 21 turdan sonra 18 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.