Premyer-liqa
Hakim qərarı derbidə mübahisəyə səbəb oldu
Azərbaycan Premyer Liqasının 19-cu turunda “İnter” &ou…
Azərbaycan Premyer Liqasının 19-cu turunda “İnter” öz meydanında “Zirə”ni qəbul edir. Futbolinfo.az xəbər verir ki, artıq ilk hissəsi başa çatan matçda baş hakim Orxan Məmmədov diqqət mərkəzinə düşüb.
Referi matçın 42-ci dəqiqəsində qonaqların müdafiəçisi Yovan Krnetanın topa toxunuşunu qapıçıya ötürmə kimi dəyərləndirib. “Zirə”nin futbolçularının etirazından sonra Orxan Məmmədov yan xətt hakimi Vaqif Musayevlə məsləhətləşib və qərarını dəyişib.
Məmmədovun qərarının dəyişməsinə etiraz edən “İnter” in futbolçusu Zurab Xizanişvili sarı vərəqə ilə cəzalanıb.