Dünya futbolu
"Bursaspor" yığmamızın forvardını qovdu
Türkiyənin “Bursaspor” klubu iki futbolçusunu…
Türkiyənin “Bursaspor” klubu iki futbolçusunu əsas komandadan uzaqlaşdırıb. Futbolinfo.az xəbər verir ki, bunlardan biri Sərcan Yıldırım, digəri isə Azərbaycan millisinin də şərəfini qoruyan Dəniz Yılmazdır.
Bu barədə məlumatı Super Liqa təmsilçisinin rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, futbolçular əsas komandadan uzaqlaşdırılıblar. Onlara pul cəzasınını veriləcəyi də gündəmdədir.
Qeyd edək ki, Dəniz ötən gün Super Liqanın 21-ci turu çərçivəsində keçirilmiş “Kayserispor”la səfər matçının (2:0) 19-cu dəqiqəsində qırmızı vərəqə almışdı. Bu isə baş məşqçi Mutlu Topçunun səbr kasasını daşırıb. Elə Yılmazın komandadan uzaqlaşdırılmasını da klubun idarə heyətinə o təklif edib.