Premyer-liqa
“Qarabağ” üzərində qələbə “Qəbələ”yə 6400 manata başa gəldi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“İnter” – “Zirə” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Zirə”nin futbolçusu Anar Nəzirov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Sumqayıt” – AZAL görüşündə meydan sahiblərinin baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimə olunub. Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaq.
“Qəbələ” – “Qarabağ” matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
“Qəbələ” və “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 800 manat cərimə olunub.
“Qəbələ” və “Qarabağ” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat cərimə olunub.
“Qəbələ” azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına görə klub 4000 manat cərimə olunub.