Premyer-liqa
"Qəbələ"də ciddi itkilər
Topaz Premyer Liqasının 20-ci turunda “Kəpəz”in qonağ…
Topaz Premyer Liqasının 20-ci turunda “Kəpəz”in qonağı olacaq “Qəbələ” meydana itkilərlə çıxacaq. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın 4 oyunçusu bu matçı buraxacaq.
Vitali Vernidub və Rafael Santosun zədə səbəbindən iştirak etməyəcəyi bəlli idisə, Elvin Camalov da əməliyyat olunmaq üçün Türkiyəyə yola düşüb. Asif Məmmədov məşqlərə başlasa da, Gəncədəki görüşdə meydana çıxa bilməyəcək. Əvəzində “Zirə” ilə qarşılaşmada qırmızı vərəqə alan Rasim Ramaldanov cəzasını başa vuraraq sıraya dönüb.
Qeyd edək ki, sözügedən matç fevralın 28-də, saat 15:00-da start götürəcək.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü