Dünya futbolu
"Fənərbaxça" ruslarla evdə də bacarmadı, MY 1/8 finala yüksəldi
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlar…
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
Türkiyənin “Fənərbaxça” klubu öz meydanında Rusiya “Krasnodar”ı ilə qarşılaşıb. Səfərdə minimal hesablı məğlubiyyətlə üzləşən İstanbul təmsilçisi doğma meydanda bunun əvəzini çıxa bilməyib və mübarizəni dayandırıb.
Avroliqanın qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”la mübarizə aparan Yunanıstan PAOK-u səfərdə Almaniyanın “Şalke” klubu ilə qarşılaşıb və 1:1 hesablı bərabərliyə razılaşıb. Öz meydanında almanlara 3 cavabsız qolla uduzan Yunanıstan klubu da mübarizəni dayandırmalı olub.
Digər oyunda isə İngiltərənin “Mançester Yunayted” klubu səfərdə Fransa “Sent-Etyen”i ilə üz-üzə gəlib. İlk matçda darmadağınla qalib gələn mançesterlilər cavab görüşündə də qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıblar.
Bu mərhələnin digər oyunları sabah keçiriləcək.
Avropa Liqası
1/16 final mərhləsinin cavab oyunları
22 fevral
“Fənərbaxça” – “Krasnodar” – 1:1
Qollar: Smolov, 7 (0:1). Souza, 41 (1:1).
İlk oyun – 0:1.
“Şalke” – PAOK – 1:1
Qollar: Şeps, 23 (1:0). Nastasiç, 25-öz qapısına. (1:1).
İlk oyun – 3:0.
“Sent-Etyen” – “Mançester Yunayted” – 0:1
Qol: Mxitaryan, 17 (0:1).
İlk oyun – 0:3.