Premyer-liqa
"Sumqayıt" "Zirə" ilə oyuna hazırlaşır – FOTOLAR
Topaz Premyer Liqasının son turunda AZAL üzərində qələbə q…
Topaz Premyer Liqasının son turunda AZAL üzərində qələbə qazanan "Sumqayıt" növbəti turda qarşılaşacağı "Zirə" ilə oyunun hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, sözügedən komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da növbəti məşqini keçirib.
Daha çox taktiki gedişlər üzərində qurulmuş məşq prosesinə iki tərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, zədəli olan Ayaz Mehdiyev hazırlıq prosesində iştirak etməyib. Əvəzedici komandadan isə iki futbolçu – Fərid Kərimzadə və Xaliq İbrahimov əsas komanda ilə hazırlaşıb.
Xatırladaq ki, fevralın 27-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" – "Sumqayıt" görüşü saat 18:00-da start götürəcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”