Ölkə futbolu
AZAL İslam Oyunlarına hazırlaşır?
Dünən AZAL daha iki futbolçuyla müqavilə imzaladı….
Dünən AZAL daha iki futbolçuyla müqavilə imzaladı. Söhbət özünə komanda tapmaq üçün dünyanın dörd bir tərəfini gəzən Samir Məsimov və uzun müddətdi heç bir klubda çıxış etməyən Bəxtiyar Soltanovdan gedir. Bundan bir neçə gün öncə isə “təyyarəçilər” “Türkiyədən, Rusiyadan təklifləri götür-qoy edirəm” deyən Vaqif Cavadovla münasibətlərini rəsmiləşdirdi.
Adlarını çəkdiyimiz hər üç oyunçu vaxtilə istedadlı hesab olunur, gələcəklərinin parlaq olacağına dair dividendlər qazanmışdı. Amma illər ötdü, ortaya heç nə çıxmadı. Yanmayan ulduzlar vaxtından əvvəl söndü. AZAL isə “sönmüşlər toplumu”nu yığa-yığa gedir. Hər yeni transferlərini də bəh-bəhlə təqdim edirlər.
Ancaq arada təqvimə də nəzər yetirmək lazımdı. Fevral nə qədər darıxdırıcı və qurtarmaq bilməyən ay olsa da, mart dimdiyini dirəyib. Martın nə dəxli? Dəxli var, özü də böyük! Çünki apreldə çempionat başa çatır. Bu transferlərin səviyyəsinə bəlkə də göz yummaq olardı. Ancaq nəyə, kimə lazımdı bu dövrdə futbolçu transferi? Hansı faydanı verəcəklər? Adlarını çəkdiyimiz trio heç yerini qızdırmağa macal tapmamış, mövsüm başa çatacaq.
Daha bir maraqlı məqam. PFL prezidenti RaminMusayev “CBC-Sport”un efirində bir daha təsdiqlədi ki, Topaz Premyer Liqasında 8-ci yeri tutan komanda 1-ci diviziona göndəriləcək. AZAL da sonuncu pillədə elə bir lövbər salıb ki, heç “Kəpəz” də onu yerindən tərpədə bilməz. Elə qəribəlik də burdadı ki, futboloçularla 1 illik müqavilə imzalanıb. Vaqif Cavadov gedib divizionda oynayacaq, yoxsa Samir Məsimov?
Aydın məsələdi ki, hər üç futbolçu AZAL-a sınaq poliqonu kimi gəliblər: özlərini göstərmək, normal maaş verən Premyer Liqa klublarının diqqətlərini cəlb etmək. Xatırladaq ki, Cavadov komandanı yox, sırf özünü fikirləşdiyinə görə, “Sumqayıt”dan kənarlaşdırıldı. İndi “ağ günə çıxarmaq” növbəsi AZAL-a çatıb.
Premyer Liqanın bu il erkən başa çatmasının səbəbi İslam Oyunlarının paytaxtımızda təşkil olunmasıdı. Bəlkə xəbərimiz yoxdu, AZAL həmin yarışda iştirak edəcək və sıralarını turniröncəsi bu səbəbdən gücləndirir?
CEYHUN ƏLİYEV
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Milli komanda2024-05-07 22:55
AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama