Dünya futbolu
Millimizin forvardına iki oyunluq cəza
Azərbaycan yığmasının və Türkiyənin "Bursaspor" …
Azərbaycan yığmasının və Türkiyənin "Bursaspor" klubunun hücumçusu Dəniz Yılmazın cəzası açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Super Liqanın 21-ci turu çərçivəsində keçirilmiş “Kayserispor”la səfər oyunun 17-ci dəqiqəsində rəqib futbolçuya qəsdən xəsarət yetirdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan futbolçu İntizam Komitəsi tərəfindən iki oyunluq diskvalifikasiya edilib.
Bu isə o deməkdir ki, Dəniz fevralın 24-də “Kasımpaşa” ilə səfər, eləcə də martın 4-də “Qaziantepspor”la ev oyunlarında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, məhz bu hərəkətinə görə, əsas komandadan uzaqlaşdırılan Yılmaz ötən gün bağışlanıb. Baş məşqçi və klub rəhbərliyinin ortaq qərarı ilə o, artıq komandaya qoşulub.