Milli komanda
Azərbaycan Serbiya ilə qarşılaşacaq
AFFA-nın baş katibi Elxan Məmmədov Serbiya Futbol Federasiyasını…
AFFA-nın baş katibi Elxan Məmmədov Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza ilə görüşüb. Futbolinfo.az Serbiya mətbuatına istinadla xəbər verir ki, UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olan Məmmədov Kokeza ilə iki ölkənin futbol federasiyası arasındakı əməkdaşlıq məsələlərini müzakirə edib.
Görüşdə Azərbaycan və Serbiyanın aşağı yaş qruplarından ibarət milli komandaları arasında yoxlama matçlarının keçirilməsi qərara alınıb.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinə seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinki şəhərində keçiriləcək. Kokeza görüş zamanı Elxan Məmmədovu dəstəklədiyini bildirib.
Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olan 13 nəfərdən biridir.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi