Dünya futbolu
Erat yenə oynamadı
Almaniya üçüncü Bundesliqasında 24-cü turu…
Almaniya üçüncü Bundesliqasında 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası – "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda çempionluq yolundakı əsas rəqiblərindən olan "Maqdeburq" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Eratın adı bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Duysburq" 24 turdan sonra 46 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.