Dünya futbolu
Benzema yenidən milliyə çağırılır
"Real"ın futbolçusu Kərim Benzema yenidən Fransa m…
"Real"ın futbolçusu Kərim Benzema yenidən Fransa millisinə çağırıla bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre məlumat verib:
"Benzema yaxşı oynamağa davam etsə, milliyə dəvət olunacaq. O, millidən birdəfəlik uzaqlaşdırılmayıb. Didye Deşam onu çağırmaq istəyirsə, onda istənilən vaxt bunu edə bilər. Benzema yaxşı futbolçudu. "Real"da sərgilədiyi oyunla bunu göstərir".
Benzema millidəki komanda yoldaşı Mateye Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün Fransa yığmasından uzaqlaşdırılıb.