Premyer-liqa
Diniyev: “Futbolçularımız öz əlləri ilə oyunu rəqibə hədiyyə etdilər”
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbay…
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Acınacaqlı şəkildə xal itkisinə məruz qaldıq. Demək olar ki, 90 dəqiqə üstünlüyümüzlə keçən oyunda müdafiəçilərin məsuliyyətsizliyindən, uşaq səhvindən qol buraxdıq. Kimisə tək günahlandırmıram, komanda olaraq yaxşı mübarizə apardıq. Meydançanın belə olması kombinasiyalı futbol oynamağa, daha çox ötürmələr etməyə imkan vermirdi. Uzun ötürmələr hesabına cərimə meydançasına daxil olmaq mümkün olurdu. Bundan AZAL istifadə edə bildi. Əfsuslar olsun ki, biz ikinci qolu vura bilmədik. Öz əlimizdə olan oyunu verdik. Nə qədər çətin olsa da, bunu da yaşamalıyıq. Futbolun sevinci olduğu kimi, kədəri də var. Nəsə demək çox çətindir. Futbolçularımız öz əlləri ilə oyunu rəqibə hədiyyə etdilər”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO