Ölkə futbolu
Uşaq liqalarında daha 3 texniki məğlubiyyət
AFFA İntizam Komitəsinin növbəti iclasında Topaz Premye…
AFFA İntizam Komitəsinin növbəti iclasında Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında və I divizionda başverənlərə də aydınlıq gətirilib. Belə ki, bugünkü iclasda bir sıra qayda pozuntusuna hüquqi qiymət verilib.
XXI turunun “Neftçi” – “Zirə” matçının 42-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan qonaq Tapdıq Əhmədov 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub.
I divizionun XVIII turunun “Turan Tovuz” – “Şəmkir” matçının əvvəlində qonaq klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.
“Şərurspor” – “Qaradağ Lökbatan” matçının 71-ci dəqiqəsində qonaqların futbolçusu Elmar Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.
Bundan başqa, U-16 Liqasının “Qarabağ” – “Turan”, U-11 Liqasının “UGİM Nabran” – “Yalama” və “Qarabağ” – “Dortmund” matçlarında qonaqların görüşə gəlməməsi onara 0:3 hesablı texniki məğlubiyyət verilməsi ilə nəticələnib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı