Dünya futbolu
ÇL-də ilk 1/4 finalçılar – "Real" və "Bavariya"!
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsini…
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Bu görüşlərdən sonra 1/4 finalın ilk iştirakçılarının adı məlum olub. İngiltərənin “Arsenal” klubu öz meydanında “Bavariya”nı (Almaniya) qəbul edib. Münhendə 5:1 hesabı ilə qalib gələn almanların Londondakı qarşılaşmada bu üstünlüyü əldən verməsi inandırıcı görünmürdü. Gözlənildiyi kimi, "Bavariya" səfərdə də oxşar hesabla qalib gəlməklə növbəti mərhələyə yüksəlib.
İtaliyada isə yerli “Napoli” İspaniyada uduzduğu Madrid “Real”ından əvəz çıxmağa çalışıb. Hesabı neapollular açsa da, qarşılaşma madridlilərin əzmkar qələbəsi ilə nəticələnib. Beləcə, "Real" da adını 1/4 finala yazdırıb.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
7 mart
“Arsenal” – “Bavariya” – 1:5
Qollar: T.Uolkott, 20 (1:0). R.Levandovski, 55-pen. (1:1). A.Robben, 68 (1:2). D.Kosta, 78 (1:3). A.Vidal, 80 (1:4). A.Vidal, 85 (1:5).
Qırmızı vərəqə: L.Kosçielni, 53.
İlk oyun – 1:5
“Napoli” – “Real” – 1:3
Qollar: D.Mertens, 24 (1:0). S.Ramos, 51 (1:1). D.Mertens, 57-öz qapısına (1:2). A.Morata, 90 (1:3).
İlk oyun – 1:3
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə