Milli komanda
Pedro: “Azərbaycanla oyun gələcək taleyimizə təsir edə bilər”
“Azərbaycanla görüş təcrübə toplamaq baxımı…
“Azərbaycanla görüş təcrübə toplamaq baxımından önəmlidi. Yoldaşlıq görüşü olsa da, bizim üçün formal xarakter daşımır”. Futbolinfo.az xəbər verir ki, bu fikri Qətər yığmasının müdafiəçisi Pedro Migel səsləndirib.
Qətərlə Azərbaycan milliləri arasında bu gün keçiriləcək yoldaşlıq görüşünə toxunan Portuqaliya əsilli futbolçu bütün diqqətlərini İranla görüşə cəmlədiklərini söyləyib.
Yerli mətbuata danışan Qətər yığmasının milliləşdirilmiş oyunçusu Azərbaycanla görüşü xüsusi hesab edir: “Azərbaycanla oyun bizim gələcək taleyimizə təsir edə bilər. Çünki bundan sonra İranla taleyüklü matça çıxacağıq. Azərbaycanla qarşılaşmanın nəticəsi İranla görüşün hazırlıq prosesində özünü büruzə verə bilər. Sübut etməliyik ki, bizi siyahıdan erkən silmək olmaz. Final mərhələsinə vəsiqə şansımız davam edir. Bunu reallığa çevirmək isə öz əlimizdədi. Bu baxımdan Azərbaycanla matçda elə çıxış etməliyik ki, İran və Özbəkistanla qarşılaşmalara tam hazır olaq. Xüsusən də, İranla oyunda qələbədən başqa yolumuz yoxdu. Yalnız ondan sonra Özbəkistan barədə düşünə bilərik”.
Qeyd edək ki, bu gün Doha şəhərində keçiriləcək Qətər – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Apasport
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi