Dünya futbolu
Təbriz klubundan çətin qələbə
Futbol üzrə İran çempionatında 24-cü turun oyunlar…
Futbol üzrə İran çempionatında 24-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublardan biri də bu gün növbəti matçına çıxıb.
Belə ki, uğursuz mövsüm keçirən və sonuncu pillədə qərarlaşan "Maşinsazi" doğma meydanda "Sanat Naft"la qarşılaşıb. Oyun Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində "Maşinsazi" xal ehtiyatını 16-ya çatdırsa da, sonuncu pillədə qalmaqda davam edir.
Təbrizin digər təmsilçiləri – "Traktorsazi" və "Göstəriş" isə sabah meydana çıxacaq.