Milli komanda
Prosineçki ilə 5-ci qələbə
Qətərlə bu gün keçirilən yoxlama oyunu Azərbaycan mil…
Qətərlə bu gün keçirilən yoxlama oyunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki üçün əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, 2015-ci ilin əvvəlindən yığmamıza rəhbərlik edən xorvatiyalı bu postda 5-ci dəfə qələbə sevinci yaşayıb.
Belə ki, Asiya təmsilçisi ilə matç onun millimizdə 17-ci sınağı olub. Başa çatan son iki ilin hərəsində 8 qarşılaşmada yığmamıza rəhbərlik edən mütəxəssis bu matçadək 4 qələbəyə sevinmişdi. Dohadakı 2:1 hesablı qalibiyyət isə yubiley – 5-ci kimi tarixə düşüb.
Prosineçki bu müddətdə 6 heç-heçəyə sevinib və 6 dəfə məğlubiyyət acısı yaşayıb. Onun rəhbərliyi altında komandamız top fərqində də mütəxəssisi məyus edib – 14:22.
Səfər sınağı xorvatiyalının 7-ci yoxlama oyunu idi. 2-ci qələbəsini görən Prosineçki 2 heç-heçə və 3 məğlubiyyət də yaşayıb. Prosineçki bu matçlardakı top fərqinə də üzülüb – 7:11. Apasport
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”