Bizi izləyin

Ölkə futbolu

Milliləşdirmə biznesi – I yazı

Riçard Almeyda kimi səviyyəli oyunçu üç&uu…

blank
Riçard Almeyda kimi səviyyəli oyunçu üçün 5 il gözləməyi lazım bilən AFFA başbilənləri yenə işindədi. Səviyyəli futbolçuları milli komandaya qazandırmaq lazım olanda milli təəssübkeşlik damarı tutan, beynəlxalq hüquqdan, qanunlardan dəm vuran AFFA-nın baş katibi Elxan Məmmədov nədənsə gənclərlə bağlı fərqli taktika seçir. Almaniya türkləri, dağıstanlılar – bunların azərbaycanlı olmağı üçün bir işarə bəs edir.
 
Anlaşılandı, bəhanə var: deyək ki, hansısa braziliyalını milliləşdirmək üçün maxinasiya imkanı yoxdu. Hansısa cənubi amerikalının Azərbaycanla hansı bağlılığı ola bilər ki? Əvəzində türkün,dağıstanlının 7 arxa dönənində ölkəmizlə bağlı nəsə tapmaq olur. Hətta olmayanda da ad-soyadları oxşar olan bu insanları araşdırmaq beynəlxalq futbol qurumlarının yadına düşmür.
 
Lakin AFFA bu yaxınlıqdan istifadədə həddi aşıb. İstənilən futbolçunu milliləşdirmək üçün imkanlar hədsizdi. Ölkədə istedadlı futbolçu yetişdirməyən, bunun yolunu bilməyən, ya da özünü əziyyətə verməyən məmurlar milli komandalarımıza əcnəbiləri doldurmaqla məşğuldu. Bütün yaşda futzal, qızlar, çimərlik və kişi futbol komandalarımızda hazırda 50-dən çox (!!!) əcnəbi oynayır. Almaniya, Türkiyə, Braziliya, Gürcüstan, Rusiya, hətta İspaniya futbolunun yetirməsi olan əcnəbilər yarışlara Azərbaycan bayrağı altında çıxır. Və onlar azərbaycanlı balalarının yerini tutur, pul qazanır, özümüzkülər isə kənarda qalıb içkiyə, siqaretə və s. pis vərdişlərə qurşanır.
 
Kimsə özümüzkülərin zəif olması üzündən əcnəbilərin milli komandalara cəlb olunmasından dəm vurmasın. Vəli Qasımov, Nazim Süleymanov, Ələkbər Məmmədov, Arif Əsədov, Tərlan Əhmədov, Vladislav Qədirov kimi veteranlarımızı xatırlayın. Onların hamısı SSRİ millisinin heyətində tarix yazmış, ölkəmizi xaricdə şərəflə təmsil etmiş insanlardı. Həmin Vəli Xarkovda, Nazim Vladiqafqazda ulduz oldusa, deməli, problem mühitdədi. Azərbaycanlıya “futbolçu çıxmaz” damğası vurmayaq, onlara düzgün istiqamət verəndə, qayğı göstərəndə hər şeyə qadirdilər. 1000 manata məşqçi kateqoriyası paylayıb, uşaqlarımızı təsadüfi insanlara, savadsız müəllimlərə tapşıracağıqsa, sonluq belə də olacaq.
 
Bəlkə də AFFA-nın məşqçi lisenziyalarını ucdantutma paylaması özü də bir siyasətdi. Axı, savadsız məşqçilər istedadları da məhv edəcək, belədə sabah futbolçu qıtlığı yaranacaq. Və belədə işbazlar çıxıb yuxarıda göstərdiyimiz kimi, əcnəbiləri milli komandalarımıza dolduracaq, onlardan pul qazanacaq. Ölkəyə gətirilən hər əcnəbidən qazanılan faizlər isə bu sistemi saxlamaqda olan məmurların ömürlük dolanışığına bəs edəcək qədərdi.
 
Almanların, Almaniyadakı türklərin və ispanların gətirilmə istiqaməti bəllidi. AFFA-nın baş katibi Elxan Məmmədov Bernard Lipperti neçə illərdi boşuna bəsləmir ki? Bu şəxs 10 ildən çoxdu məsul vəzifədədi, texniki direktordu, lakin uşaq futbolunda bərbad durum davam edir. Əvəzində Bernard Raab kimi bədən tərbiyəsi müəlliminin sayəsində onlarca lazımsız futbolçu Azərbaycana gətirildi. Hanı Cihan Özkara, hanı Uğur Pamuk, hanı Uguk Budak, hanı Ali Gökdəmir, hanı Eddi İsrafilov? Ya cavan yaşda karyeralarını bitiriblər, ya da hansısa regionalliqada vaxt keçirirlər. Bizsə onlara MİLLİ KOMANDAmızın formasını geydirmişdik. Qadın komandalarımıza doluşan ispanlar da sabiq baş məşqçi Patrisiya Qonsalesin xətti ilə gətirilənlərdi.
 
Kişilərdən ibarət komandalarımızda da vəziyyət dözülməzdi. Hazırda milli komandanın az qala 50 faizi milliləşənlərdən ibarətdi. Dağıstanlıların əksəriyyət təşkil etdiyi yığmada danışıq dili ruscadısa, komanda dini qruplaşmalar vasitəsi ilə idarə olunur. Dərd orasıdı ki, milliləşənlər də yüksək səviyyəli oyunçular deyil, əksəriyyəti heç klubunda heyət üzü görmür. Lakin AFFA-dakı bəzi işbazlar tərəfindən milliləşdirildikləri üçün onların heyətə cəlb edilməsi baş məşqçidən tələb olunur.
 
Milli komandalarımızda Dağıstan legionu həmişə olub. Fərq ondadı ki, Fuad Musayevin vaxtında Deni Qaysumov, Kazemir Qudiyev, Narvik Sırxayev, Ruslan İdiqov, İbrahim Həsənbəyov və başqaları yalnız milli komandaya cəlb olunardı. Onlar Rusiyanın müxtəlif klublarında, əsasən də “Anji”də əsas heyətdə oynayar və sabiq AFFA prezidenti də bu futbolçuarı milli komandaya kömək etmələri üçün gətirərdi. İndikilər isə yeniyetmə dağıstanlıları bir ucdan milliləşdirir, sonra isə onların heç kimə lazım olmadığı aydınlaşanda hansısa kluba sırıyıb, pul qazanırlar. Yığma forması geyindirib, dəyərlərini artırdıqdan sonra bu futbolçuları daha yüksək qiymətə satmaq, daha çox faiz “tutmaq” olur. Maşallah, AFFA-da da elə monopoliya yaradılıb ki… Klublar özlərinin, menecerlər özlərinin, pul özlərinin.
 
Son günlərdə “Sumqayıt” 2 futbolçu ilə gücləndi. Təsəvvür edin, mövsüm bitir, “gənclik şəhəri” təmsilçisi isə futbolçu transfer edir. Fərhad Qıstarov Rusiyada yaşasa da, balakənli adı ilə sırındı. Amma Mexti Ramazanoviç Djenetovun keçidi söz-söhbətə səbəb oldu. 1992-ci il yanvarın 26-da Rusiyanın Mahaçqala şəhərində dünyaya göz açan futbolçu görəsən, hansı “kimyəvi üsullar”la azərbaycanlı edildi? Mehti Cənətov kimi təqdim edilən bu futbolçunun ölkəmizlə heç bir bağlılığı yoxdu axı. 26 yaşlı futbolçu bu qədər səviyyəlidisə, ilin-günün bu vaxtı niyə klubsuzdu? Nəvaxtsa aşağı yaş qruplarından ibarət millilərimizdə baxışda olub deyə ona Azərbaycan pasportu verilməlidimi?
 
Elxan Məmmədov dağıstanlılarla, qafqazlılarla bağlı bütün işlərini “Sumqayıt” vasitəsi ilə görür. Bu klubun prezidenti olan Kamran Quliyevin zamanında heyətə cəlb olunanların siyahısı göz çıxarır.
Murad Hüseynov (1989) – Mahaçqala – 2011-də “Sumqayıt”a gəlib, “Qəbələ”yə yerləşdirilib, milli komandaya cəlb olunub, indi harada olduğu bilinmir;
Murad Ağayev (1993) – Stavropol – 2012-də “Sumqayıt”a gəlib, milli komandaya cəlb olunub, indi “Neftçi”də iştirak ərizəsinə də düşmür;
Abdulla Abatsiyev (1993) – Vladiqafqaz – 2011-də “Sumqayıt”a gəlib, milli komandaya cəlb olunub, “İnter”ə sırınıb, indi 24 yaşında Rusiyada aşağı divizionda vaxt öldürür;
Adil İbrahimov (1989) – Mahaçqala – 2013-də “Sumqayıt”a gəlib, milli komandaya cəlb olunub, vətəninə qayıdıb;
Maqomed Kurbanov (1991) – Krasnodon – 2014-də “Sumqayıt”a gəlib, milli komandaya cəlb olunub, “Neftçi”də uğursuz mövsümdən sonra yenə Quliyevin himayəsindədi;
Uğur Pamuk (1989) – Bilefeld (Almaniya) – 2012-də “Sumqayıt”a gəlib, Bernard Raabın vasitəçiliyi ilə gəldikdən sonra imkanlı klublarımıza sırınan futbolçu indi vətənindədi;
Pərdis Fərcad Azad (1988) – İran, Almaniya – 2012-də “Sumqayıt”a gəlib, milli komandaya cəlb olunub, digərləri kimi heç nəylə yadda qalmayıb, “İnter”də ehtiyatda oturur;
Ruslan Kurbanov (1991) – Stavropol – 2010-da “Sumqayıt”a gəlib, “Neftçi”yə göndərilib, buradan Robert Prosineçkinin sayəsində Xorvatiya “Hayduk”una gedib, səviyyəsi qənaətbəxş olmadığından Bakıya qaçıb, milli komandanın ortabab oyunçularındandı, indi “Qəbələ”də yalnız limitə görə lazım olanda oynadılır;
Şaxruddin Maqomadaliyev (1994) – Mahaçqala – 2014-də “Sumqayıt”a gəlib, buna kimi 1 il Qusar “Şahdağ”ında olub, “Sumqayıt”da ciddi səhvləri ilə ad çıxarsa da, hansısa gözəgörünməz qüvvələrin sayəsində “Qarabağ”da peyda olub, daha layiqli namizədlər olsa da, hətta Ağdam klubunda heyətə düşməməsinə baxmayaraq, milliyə çağırılır;
Maqomed Mirzabekov (1990) – Mahaçqala – 2012-də “Sumqayıt”a gəlib, “İnter”ə yerləşdirilib, daha sonra “Qəbələ”yə keçib, milli komandanın ortabab oyunçularındandı, avrokuboklarda “Anderlext”lə oyundakı səhvi səviyyəsini göstərdi, “Qəbələ”də yalnız limitə görə oynadılır;
Arif Daşdəmirov (1984) – Mahaçqala – 2009-da “Sumqayıt”a (o vaxt “Standard” adlanırdı) gəlib, daha öncə “Şahdağ”da oynayıb, 7 Azərbaycan klubu dəyişib, “Qarabağ”da 1 oyun keçirməsə də, millinin son yoldaşlıq oyununa çağırılmışdı;
Bədavi Hüseynov (1991) – Kaspiysk – 2011-də “Sumqayıt”a gəlib, daha sonra “Qarabağ”a keçib, Kamran Quliyevin yeganə tapıntısı sayıla bilər, amma buna görə ağdamlıların baş məşqçisi Qurban Qurbanova və klubda, eləcə də millidə müdafiənin mərkəzində tandem təşkil etdiyi Rəşad Sadıqova minnətdar olmalıdı.
 
Bu siyahını çox uzatmaq olar. Biz daha diqqətçəkənləri yazdıq, hazırda heyətdə olan Nasir Abilayevdən və gəlib-getmiş digər dağıstanlılardan bəhs etmədik. Kamran Quliyevin 2010-cu ildən “Sumqayıt”ın prezidenti olduğunu nəzərə alsaq, yalnız Daşdəmirovun transferi onun xidməti deyil, qalan bütün lazımsızlar yığını onun əməyidi. Əcnəbiləri milliləşdirib, onları klublara yerləşdirməklə pul qazanan dəstənin sağ əli olan Kamran bəy bu dövr ərzində Sumqayıt futbolunun da anasını ağladıb.
 
90-cı illərdə milli komandamızın əsasını gəncəli, tovuzlu və sumqayıtlı uşaqlar təşkil edər, bütün güclü klublarımızın açar oyunçuları sumqayıtlılar olardı. Kamal Quliyev, Arif Əsədov, Fərhad Vəliyev, Poladov qardaşları, Seymur Rəhimov, Aqil Məmmədov, Zahir Əsgərov, Mehman Yunusov, Namiq Əliyev, Nazim Əliyev… Adlarını saymaqla qurtarmır. Kamran Quliyev bu uşaqları yetirən müəllimlərin qayğısına qalıb, onların işini daha da intensivləşdirmək əvəzinə, öz biznesini qurdu, yerli nəslin inkişafının qarşısını aldı.
 
Ölkə futbolunu belə inkişaf etdirəcəklərsə, vay bizim halımıza. Milli komandalarımızın baza klubu kimi nəzərdə tutulan, ehtiyat qüvvənin hazırlanması üçün saxlanılan “Sumqayıt” əcnəbilərin ilkin baxış poliqonuna, milliləşdirmə müəssisəsinə çevrilib.
 
Dəhşət ondadı ki, şəbəkə böyüyür. Artıq bütün klublar bu şəbəkəyə əlavə olunr, bütün klublara Kamran Quliyev kimi futboldan xəbərsiz marketoloqlar cəlb olunur. Hətta uşaq futbolu da bu sahədən uzaq insanların idarəsindədi. Bu gedişlə milli komandalarımızda azərbaycanlı tapmaq nadir hadisəyə çevriləcək.
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-19 21:27

Azərbaycan millisi ikinci oyununda da məğlub oldu

blank
Əvəzedicilər2024-05-19 21:07

“Zirə”nin əvəzedicilərindən Gəncədə inamlı qələbə

blank
Ölkə futbolu2024-05-19 20:44

Kapitana 250 nömrəli forma təqdim olundu

blank
Premyer-liqa2024-05-19 20:00

“Araz-Naxçıvan” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-05-19 19:21

“Sabah”ın U-14 komandası Türkiyədə çempion oldu

blank
Premyer-liqa2024-05-19 19:00

“Daha çox qol vura bilərdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-19 18:28

“Ən zəif oyunlarımızdan biri idi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-19 17:57

“Qəbələ” “Araz-Naxçıvan”a da qalib gəldi

blank
Digər idman növləri2024-05-19 17:39

Azərbaycan cüdoçularından DÇ-yə uğursuz start

blank
Digər idman növləri2024-05-19 17:20

“Gəncə”də yeni voleybolçu

blank
Dünya futbolu2024-05-19 17:00

“Yuventus”un müvəqqəti baş məşqçisi bəlli olub

blank
Əvəzedicilər2024-05-19 16:42

Əvəzedicilərin yarışında 35-ci turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-05-19 16:25

Teves baş məşqçisi olduğu klubdan ayrıldı

blank
Digər idman növləri2024-05-19 16:06

“İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi”

blank
Digər idman növləri2024-05-19 15:49

Universitet tələbələri yarışdı

blank
Digər idman növləri2024-05-19 15:30

Sinner məşqlərə başladı

blank
Digər idman növləri2024-05-19 15:12

“Dream-team”in məşq yeri məlum oldu

blank
Digər idman növləri2024-05-19 14:55

Barselona 2025-ci ildə Avroliqanın mərkəzi ola bilər

blank
Digər idman növləri2024-05-19 14:37

“Maklaren” sürücüsü cərimələndi

blank
Ölkə futbolu2024-05-19 14:20

“Sabah”ın U-15 komandası Antalyada 4-cü oldu

blank
Digər idman növləri2024-05-19 14:05

Usik Holifildin rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-19 13:51

Şvyontek 10-cu “Masters”ini qazandı

blank
Digər idman növləri2024-05-19 13:36

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunun qalibi oldu

blank
Digər idman növləri2024-05-19 13:28

MBA-da daha bir yarımfinalçı məlum oldu

blank
Digər idman növləri2024-05-19 13:16

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Digər idman növləri2024-05-19 12:54

Voleybol məşqçiləri üçün seminar keçirilib

blank
Digər idman növləri2024-05-19 12:35

Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-19 12:17

Bu gün final seriyasının ikinci oyunu keçiriləcək

blank
Digər idman növləri2024-05-19 11:56

Millimiz növbəti sınağına çıxır

blank
Dünya futbolu2024-05-19 11:49

Krivotsyukun komandası evdə xalsız qaldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm