Dünya futbolu
Əzizovun komandasından səfər qələbəsi
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 29-cu…
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası – "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Kambur"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Ziya bu görüşün 89-cu dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Den Boş" 29 turdan sonra 37 xalla 20 komanda arasında 13-cüdür.