Dünya futbolu
"Boavişta"dan Kamran və Eminsiz qələbə
Futbol üzrə Portuqaliya çempionatında 25-ci turun oyunla…
Futbol üzrə Portuqaliya çempionatında 25-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Ağayevlə Emin Mahmudovun komandası – "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Maritimo" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Eminlə Kamranın adı bu qarşılaşmanın da iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Boavişta" hazırda 33 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.