Bizi izləyin

Ölkə futbolu

2 boz 1:0

Topaz Premyer Liqasında 4-cü dövrə boz başladı. Cansıx?…

blank

Topaz Premyer Liqasında 4-cü dövrə boz başladı. Cansıxıcı, maraqsız oyunlardan meydan sahibləri qələbəyə sevinsə də, bu 3 xal onlara baha başa gəldi.

Start fiti Gəncədə səsləndi. 105 gündü qələbə görməyən “Kəpəz” elə təzyiq altında idi ki, “Zirə”nin məğlub edilməməsi ciddi problemlərə yol aça bilərdi. Bu üzdən oyunu ehtiyatlı quran baş məşqçi Şahin Diniyev müdafiəni etibarlı qurub, hücumda minimal imkanlardan maksimum nəticə gözləyirdi. Və bu imkan ikinci hissənin əvvəlində ələ düşdü.

Serjinyo – Diniyev – Ebah kombinasiyasından sonra hesab aşıldı və “Kəpəz” hesabı qorumaq üçün mümkün olanı etdi. “Zirə” qalan dəqiqələrdə qol vurmaq üçün çox çalışdı, baş məşqçi Ayxan Abbasov hücum gücünü artırmaqla riskə də getdi. Lakin ötən tur AZAL-la oyunun son saniyələrində qələbəni əldən verən “Kəpəz” bu dəfə səhvə yol vermədi. Əks-hücumda ikinci qolu vurmaq şansı da qazanan gəncəlilər buna nail olmadı, əvəzində bəzən yerdə uzanıb vaxt uzatmaqla, bəzən topu necə gəldi irəli vurmaqla zamanı tükətdilər.

Ötən tur “Neftçi”ni yenib 4-cü pillədə möhkəmlənən “Zirə” ciddi zərbə aldı, “Kəpəz” isə 7-ci pillədən qurtuldu. Avropa Liqasına vəsiqə uğrunda mübarizə bir qədər də kəskinləşdi. Lakin məhz bu matçın gərginliyi bir başqa idi. Meydanın bərbad vəziyyətdə olması da oyunun gözəlliyini pozdu. Futbolçular bir çox hallarda topu itirməmək naminə onu irəli vururdu. Çünki rəqib bir yana, meydanın qazonu da bəzən onların irəliləməsinə mane olurdu. Bəzi hallarda hətta meydandakı çalalara dəyən top istiqamətini dəyişir, oyun intizamını pozurdu.

Uzun qələbəsizlik seriyası, qələbənin əldən çıxma riski gəncəliləri elə təzyiq altına salmışdı ki, Diniyevin əsəbləri də dözmədi. Daim sakit birisi kimi tanıdığımız Şahin bəyin keçirdiyi stress səhhətində özünü büruzə verdi. Matç bitən kimi təzyiqi qalxan mütəxəssisə təcili yardımın həkimləri yardım etməli oldu.

Dünən Bakıda keçirilən matç daha sakit keçməliydi. “Zirə”nin məğlubiyyətindən sonra qələbə qazanan “İnter” praktiki olaraq, bürünc medalı təmin etməliydi. Rəqibin “Sumqayıt” olması hətta böyükhesablı qələbəni proqnozlaşdırmağa əsas verirdi.

İlk yarının sonlarında müdafiəçi olmasına baxmayaraq, dayaq yarımmüdafiəçisi kimi oynadılan Azər Salahlının səhvi qolla nəticələndi. Nizami Hacıyev topu ondan aldı, 3  oyunçunu keçib, ayağının çölü ilə effektli zərbə vurdu. Bu, hissə ərzində diqtə edən “İnter”in üstünlüyünün hesabdakı əksi idi.

Lakin nə baş verdisə, ikinci hissədə rolar dəyişdi. “Sumqayıt” irəli atıldı, meydan sahibləri isə sanki bilərəkdən təşəbbüsü rəqibə verib geri oturdu. Futbolçularının ustalıq səviyyəsi yetərli olmayan qonaq komanda qol imkanı da qazandı, lakin “İnter”in əldə etdiyi 2 şans daha təhlükəli idi. Matçın son 10 dəqiqəsində sumqayıtlıların mərkəz müdafiəçisi Vurğun Hüseynov mərkəz hücumçusu kimi oynamağa başladısa, Zaur Svanadze gedişatı fərqli şəkildə dəyişdi. O, orta sahə oyunçularını dəyişməklə rəqibin mərkəzdəki üstünlüyünü sona çatdırdı və hesabı qorudu.

İstənilən halda, bu matç da zövq vermədi. Oyunda yalnız mübarizə var idi. Düşünülmüş kombinasiyalar, gözəl oyun – bunlar hamısı unudulmuşdu. Gözə xoş gələn hərəkətləri isə Zurab Xizanişvili edirdi. 40 yaşlı müdafiəçi bəzən oğlu yaşında olan rəqibləri əziyyət çəkmədən zərərsizləşdirirdi. Sırf təcrübəsi, oyunu oxumaq bacarığı, lazımi yerdə olmaq keyfiyyəti ilə qaçmadan bütün mübarizələri udur, gənc rəqiblərinə əyani dərs verirdi. Bəlkə də onun bu yaşda hamıdan yaxşı olması futbolumuz üçün utanc məqamıdı. Görün, səviyyə necədi ki, təqaüd yaşına çatmış gürcü bir matçın taleyini az qalatəkbaşına həll etdi.

FƏRİD

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-19 23:50

“Qalatasaray” “Fənərbaxça”ya evdə uduzdu, çempionluq son tura qaldı

blank
Digər idman növləri2024-05-19 23:00

Final seriyasında ümumi hesab bərabərləşdi

blank
Dünya futbolu2024-05-19 22:33

“Mançester Siti”dən 10-cu çempionluq!

blank
Digər idman növləri2024-05-19 21:58

Avropa çempionatında iştirak edəcək heyət açıqlandı

blank
Digər idman növləri2024-05-19 21:27

Azərbaycan millisi ikinci oyununda da məğlub oldu

blank
Əvəzedicilər2024-05-19 21:07

“Zirə”nin əvəzedicilərindən Gəncədə inamlı qələbə

blank
Ölkə futbolu2024-05-19 20:44

Kapitana 250 nömrəli forma təqdim olundu

blank
Premyer-liqa2024-05-19 20:00

“Araz-Naxçıvan” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-05-19 19:21

“Sabah”ın U-14 komandası Türkiyədə çempion oldu

blank
Premyer-liqa2024-05-19 19:00

“Daha çox qol vura bilərdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-19 18:28

“Ən zəif oyunlarımızdan biri idi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-19 17:57

“Qəbələ” “Araz-Naxçıvan”a da qalib gəldi

blank
Digər idman növləri2024-05-19 17:39

Azərbaycan cüdoçularından DÇ-yə uğursuz start

blank
Digər idman növləri2024-05-19 17:20

“Gəncə”də yeni voleybolçu

blank
Dünya futbolu2024-05-19 17:00

“Yuventus”un müvəqqəti baş məşqçisi bəlli olub

blank
Əvəzedicilər2024-05-19 16:42

Əvəzedicilərin yarışında 35-ci turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-05-19 16:25

Teves baş məşqçisi olduğu klubdan ayrıldı

blank
Digər idman növləri2024-05-19 16:06

“İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi”

blank
Digər idman növləri2024-05-19 15:49

Universitet tələbələri yarışdı

blank
Digər idman növləri2024-05-19 15:30

Sinner məşqlərə başladı

blank
Digər idman növləri2024-05-19 15:12

“Dream-team”in məşq yeri məlum oldu

blank
Digər idman növləri2024-05-19 14:55

Barselona 2025-ci ildə Avroliqanın mərkəzi ola bilər

blank
Digər idman növləri2024-05-19 14:37

“Maklaren” sürücüsü cərimələndi

blank
Ölkə futbolu2024-05-19 14:20

“Sabah”ın U-15 komandası Antalyada 4-cü oldu

blank
Digər idman növləri2024-05-19 14:05

Usik Holifildin rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-19 13:51

Şvyontek 10-cu “Masters”ini qazandı

blank
Digər idman növləri2024-05-19 13:36

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunun qalibi oldu

blank
Digər idman növləri2024-05-19 13:28

MBA-da daha bir yarımfinalçı məlum oldu

blank
Digər idman növləri2024-05-19 13:16

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Digər idman növləri2024-05-19 12:54

Voleybol məşqçiləri üçün seminar keçirilib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm