Ölkə futbolu
"Real"dan tarixi rekord
La Liqanın son turunda "Betis"ə qalib gələn "Real&q…
La Liqanın son turunda "Betis"ə qalib gələn "Real" dünya rekorduna imza atıb. Futbolinfo.az xəbər verir ki, bu, sözügedən görüşdə Kriştiano Ronaldonun qolu sayəsində nail olub. Madrid klubu ardıcıl 48 oyunda qol vuran ilk klub kimi futbol tarixinə düşüb.
Daha öncə rekord 47 oyunla Portuqaliya "Benfika"sına məxsus idi. Onlar 1963-cü ilin dekabrından 1965-ci ilin yanvarına qədər olan müddətdə bu nəticəyə nail olmuşdular.
"Real"ın qol vurmadığı son oyun 2016-cı ilin aprelin 26-da "Mançester Siti" ilə Çempionlar Liqası matçına (0:0) təsadüf edir.
"Real"ın qol vurduğu 48 oyunluq uğurlu seriya isə "Real Sosyedad"la matçla (1:0) başlayıb.