Premyer-liqa
Qurban Qurbanovun 24 gün gözlədiyi an
Ağdamın “Qarabağ” klubu liderliyi geri qaytarıb. Futbo…
Ağdamın “Qarabağ” klubu liderliyi geri qaytarıb. Futbolinfo.az xəbər verir ki, son üç mövsümün çempionu Azərbaycan Premyer Liqasının XXII turunda zirvəyə dönüb.
AZAL üzərində 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri “Qəbələ”nin “Neftçi”yə uduzması ilə turu zirvədə tamamlayıb. Bununla da Ağdam təmsilçisi 3 turluq fasilədən sonra taxta qayıdıb.
XIX turda səfərdə “Qəbələ”yə 0:2 hesabı ilə uduzan “Qarabağ” fevralın 18-də 1-ci pillədən ayrılmışdı. Ondan sonra zirvəni “Qəbələ”yə verən ağdamlılar yalnız 24 gündən sonra lider olub. Düzdü, bu müddətdə bir neçə saatlıq mövqe dəyişiklikləri baş verib. Amma turdan sonrakı yekun cədvəllərdə üç tur “qırmızı-qaralar” “Qarabağ”dan öndə qərarlaşıb. Apasport