Premyer-liqa
Şehiç “100”ü yarıladı
Topaz Premyer Liqasının 22-ci turu “Qarabağ”ın qapı&c…
Topaz Premyer Liqasının 22-ci turu “Qarabağ”ın qapıçısı İbrahim Şehiç üçün əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin qolkiperi Azərbaycan çempionatında 50-ci quru oyununu keçirib.
İbrahimin yubileyi AZAL-la ev matçına təsadüf edib. Bunadək 49 dəfə qapısını toxunulmaz saxlayan legioner 1:0 hesablı qələbə ilə “50”yə çatıb.
Şehiç Premyer Liqadakı 97-ci matçında “100”ü yarılayıb. O, keçirdiyi oyunlarına 51,5 faizində qol buraxmayıb.
Digər görüşlərdə isə “Qarabağ”ın qapıçısı 61 qola üzülüb. Apasport