Premyer-liqa
200-cü qolla qırılan seriya
“Qəbələ” Azərbaycan çempionatlarında 200-c&uum…
“Qəbələ” Azərbaycan çempionatlarında 200-cü səfər qolunu buraxıb. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının 22-ci turunun “Neftçi” ilə matçında meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran top “qırmızı-qaralar” üçün mənfi mənada yubiley xarakteri daşıyıb.
Namiq Ələsgərovun bu qolunadək “Qəbələ” rəqib meydanlarında 199 top buraxmışdı. Bu, səfərdəki 164-cü matça təsadüf edib. “Qəbələ” orta hesabla hər oyunda 1,22 topa üzülüb.
“Neftçi” ilə görüşdə buraxılan qolla Roman Qriqorçukun yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. 2017-ci ildə ilk dəfə uduzan əyalət təmsilçisi sonuncu dəfə XIII turda xalsız qalmışdı. Ötən il noyabrın 29-da keçirilən “Qarabağ”la səfər oyununda 1:2 hesabı ilə yenilən qəbələlilər 105 gündən sonra meydanı məğlub tərk edib. Bu müddətdə komanda 5 qələbə qazanıb və 3 heç-heçə edib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…