Ölkə futbolu
Qriqorçuk yenə “Dinamo”nun hədəfində
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorç…
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Kiyev “Dinamo”sunun baş məşqçisi vəzifəsinə namizəddir. Futbolinfo.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, klub prezidenti İqor Surkis Sergey Rebrovu əvəzləmək barədə düşünür.
Hazırda bu posta üç namizədin adı çəkilir ki, onlardan da biri Qriqorçukdu. Onunla yanaşı, Almaniya “Verder”inin sabiq çalışdırıcısı Viktor Skpripnik və Moskva “Dinamo”sunun baş məşqçisi Yuri Kalitvinstev də sözügedən klubu çalışdıra bilər.
Qeyd edək ki, Qriqorçukun “Qəbələ”ylə cari mövsümün sonunadək müqaviləsi var.