Milli komanda
Almaniya millisi Bakıya bu heyətlə gələcək
Almaniya millisinin heyəti açıqlanıb. Futbolinfo.az xəbər …
Almaniya millisinin heyəti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Bundestimin baş məşqçisi Yoahim Löv martda keçiriləcək qarşılaşmalar üçün heyəti müəyyənləşdirib.
Təcrübəli mütəxəssis martın 22-də İngiltərə ilə yoldaşlıq, 26-da Azərbaycanla seçmə oyunlarına 24 futbolçu dəvət edib.
Həmin siyahıda yer alan futbolçular bunlardır:
Qapıçılar: Manuel Noyer (“Bavariya”), Mark-Andre ter Ştegen (“Barselona”, İspaniya), Bernd Leno (“Bayer”);
Müdafiəçilər: Mats Hummels, Coşua Kimmix (hər ikisi “Bavariya”), Yonas Hektor (“Köln”), Benedikt Hövedes (“Şalke”), Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Antonio Rüdiger (“Roma”, İtaliya), Niklas Süle, Sebastian Rudi (hər ikisi “Hoffenhaym”);
Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Əmrə Can (“Liverpul”, İngiltərə), Yulian Draksler (PSJ, Fransa), Sami Xedira (“Yuventus”, İtaliya), Toni Kroos (“Real”, İspaniya), Məsut Özil (“Arsenal”, İngiltərə), Andre Şürrle, Yulian Vayql (hər ikisi “Borussiya”, Dortmund);
Hücumçular: Mario Qomes (“Volfsburq”), Tomas Müller (“Bavariya”), Leroy Sane (“Mançester Siti”, İngiltərə), Lukas Podolski (“Qalatasaray”, Türkiyə), Timo Verner (“Leyptsiq”).
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”