Dünya futbolu
Nağıyevsiz "Dnepr" yenə xal itirdi
Futbol üzrə Ukrayna Premyer Liqasında 22-ci turun oyunları ke&…
Futbol üzrə Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası – "Dnepr" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Karpatı" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan da heç-heçə ilə ayrılıb – 0:0.
Nağıyev bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Hesabından 12 xal silinmiş "Dnepr" hazırda 10 xalla 12 klub arasında sonuncu pillədə qərarlaşıb.